Paytaxtda oğul atasını bıçaqladı
25 Avqust 2009 Çərşənbə Axşamı 14:05
Hadisə münaqişə zəminində baş verib
Paytaxtda oğul atasını bıçaqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 24-də saat 11.30-da Binəqədi rayonunda, şəhər sakini Fərrux Ağayev evində, münaqişə zəminində, atası Adışirinə bıçaqla xəsarət yetirib. F.Ağayev Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar