Paytaxtda azyaşlılara divan tutan manyak saxlanılıb
17 İyun 2009 Çərşənbə 19:00
Manyak uşaqlara hücum edərək onları boğmağa cəhd edib

 

Bakının Nizami rayonunda azyaşlılara divan tutan manyak tutulub. Nizami Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 17 radələrində  Çobanzadə, 71 ünvanında 30 yaşlı naməlum kişi 6 yaşlı oğlan və qız uşaqlarına hücum edərək zor tətbiq edib. O, uşaqları boğmağa cəhd edib.

Ərazidə olan çevik polis alayının əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə gətirilib. O, hazırda sərxoş olduğu üçün kimliyi barədə məlumat verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.
Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar