Paytaxtda axtarışda olan şəxslər tutulub
16 May 2009 Şənbə 12:05
Ramiz Quliyev oğurluq, Anar Əliyev qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə axtarışda olub

 

Bakı şəhərində axtarışda olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 27 yaşlı Ramiz Quliyev saxlanılıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 26 yaşlı Anar Əliyev həbs edilib. Hər iki faktla bağlı istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar