Oğul atasını qətlə yetirib
09 Mart 2009 Bazar Ertəsi 12:55
Azərbaycanın Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 22.00 radələrində qeydə alınıb.
8-ci mikrorayon, ev 22a/3, mənzil 4 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Azər Yaqubov ailə münaqişəsi zəminində 60 yaşlı atası Şaban Mamay oğlu Yaqubovun başına küt alətlə 10 zərbə endirib. Ş. Yaqubov aldığı zərbələrdən yerindəcə ölüb. Oğul hadisəni törədəndən sonra qaçıb gizlənsə də, polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar