Oğul anasını öldürdü
03 İyun 2014 Çərşənbə Axşamı 10:30
Hələlik qətlin nə səbəbdən baş verdiyi məlum deyil.
Ötən gün Bakının Sabunçu rayonu ərazisində dəhşətli cinayət baş verib.

Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın ANS PRESS-ə verdiyi məlumata görə, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi-1 ünvanında yaşayan 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 46 yaşlı Esmira Talış qızı Əzimovanı qətlə yetirib.

Hadisəni törədən Elvin Əzimov qaçmaq istəsə də, polis tərəfindən yaxalanıb. Hələlik qətlin nə səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar