Nəqliyyat Departamenti maşını yandı
11 May 2014 Bazar 16:20
Qaradağ rayonunda Nəqliyyat Departamentinə məxsus MAN avtomobili yanıb.
Bakının Qaradağ rayonunda Nəqliyyat Departamentinə məxsus MAN avtomobili yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nəqliyyat Departamentinə məxsus MAN markalı avtomobilin 6 təkəri, akkumulyatoru və banına yığılmış məişət tullantıları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar