Narkotik maddə istifadəçiləri yaxalanıb
10 Aprel 2009 Cümə 15:20
4 nəfərlik dəstə narkotik maddənin bir bükümünü 10 manata əldə edib

 

Siyəzən rayon polis şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qəbulu ilə məşğul olan dəstəni zərərsizləşdirib. Tədqiqat qrupunun rəhbəri Ramiz Abışovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, dəstə 4 nəfərdən ibarət olub və onlar narkotik maddə qəbul edərkən yaxalanıblar. Hadisə yerindən heroinə oxşar maddə və istifadə edilmiş şprislər tapılıb. Saxlanılan şəxslər 47 yaşlı Alış Ağayev, 31 yaşlı Pərviz Cavadov və Həsən Fərhadovdur. Onlara narkotik vasitəni satan isə 43 yaşlı Murad Muradov olub. Araşdırmalar zamanı bəlli olub ki, M.Muradov narkotik vasitənin bir bükümünü 10 manata satıb.
Faktla bağlı araşdırmalar davam edir.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar