Nardaranda qadın meyiti tapılıb
11 Aprel 2009 Şənbə 18:35
Xəzər dənizinin Azərbaycan sahilində naməlum qadın meyiti tapılıb.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov məlumat verib. Bölmə rəisinin bildirdiyinə görə, meyit bu gün səhər saatlarında Xəzər dənizinin Nardaran sahilində aşkarlanıb. Hadisə yerinə dərhal Sabunçu RPİ-nin və rayon Prokurorluğunun əməkdaşları gəlib.

Ekspertlər meyitə ilkin baxış keçirərkən onun 25-30 yaşlarında qadın olduğunu və təxminən bir ay əvvəl boğularaq öldüyü müəyyən ediblər.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar