Nardaran sakinindən tapança götürüldü
15 Mart 2014 Şənbə 12:42
Fərhad Şahbazovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Nardaran qəsəbə sakinindən tapança götürülüb. ANS PRESS-in DİN-in saytına istinadən verdioyi məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fərhad Şahbazovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Bundan başqa Sabunçu RPİ 15-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Zabrat qəsəbəsi Axundov küçəsində yaşayan Məhəbbət İsmayılovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lülə ov tüfəngi və 26 ədəd patron götürülüb.

Həmçinin Nəsimi RPİ 20-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini Elman Rzayevdən darağında 1 ədəd patronu olan "FN 1906" markal, 6,35 kalibirli tapança aşkar edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar