Nabranda istirahət edən Hacıqabul sakininin maşını qaçırılıb
20 İyul 2009 Bazar Ertəsi 11:50
"Mercedes-190" markalı maşını orada istirahət edən 27 yaşl Bakı sakini qaçırıb

 

Nabranda istirahət edən Hacıqabul rayon sakinin maşını oğurlanıb. ANS PRESS-in məlumatına görə, hadisə bu həftəsonu baş verib. Belə ki, Hacıqabul rayon Muğan kənd sakini 57 yaşlı Tofiq Şirxan oğlu Ağayev ailəsi ilə birlikdə istirahət mərkəzindəki kotejlərdən birində olarkən gecə saat 03:00 radələrində "Mercedes-190" markalı maşını qaçırılıb. Maşının qaçırılmasından ilk olaraq isə evin xanımı Tamella Ağayevə xəbər tutub. Onlar dərhal polisə müraciət ediblər.

Xaçmaz Polis Bölməsinin Yalama bölməsinin rəisi Qəzənfər Hüseynov faktla bağlı dərhal əməliyyat qrupunun yaradıldığını və maşının Xudat yolunda saxlandığını bildirib. Maşını qaçıran isə eyni bölgədə istirahət edən Bakı şəhəri, Yasamal rayon sakini 27 yaşlı Orxan Əliyev olub. O.Əliyev hadisəni nişanlısı ilə dalaşdıqdan sonra törətdiyini bildirib. Saxlanılan şəxs sərxoş olduğunu və əməlindən peşman olduğunu da qeyd edib.

Faktla bağlı Xaçmaz Polis Bölməsində cinayət işi açılıb.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar