Nabranda ağır yol qəzası baş verib
28 Mart 2014 Cümə 21:24
Xaçmazın Nabran kəndində bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən qəza baş verib
Xaçmazın Nabran kəndində bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən qəza baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayonunun Nabran kənd sakini İlqar Vahid oğlu Dadaşov idarə etdiyi VAZ 2107 markalı avtomobillə kənddə hərəkət edərkən elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü ağır yaralanıb. Yaralını əvvəlcə Xudat rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, sonradan onun müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam etdirilib. Xəstəxanadan verilən məlumata görə, İlqar Dadaşovun vəziyəti ağır olaraq qalmaqdadır.

Həmin maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Rüstəm Qalib oğlu Abdiyev isə keçinib.

Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalar başa çatandan sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar