“N” saylı hərbi hissəyə məxsus Niva çaya aşıb
02 May 2009 Şənbə 13:45
Nəticədə Niva sürücüsü gizir Niyazi Zeynalov ölüb, iki sərnişin xəsarət alıb

Daşkəsən rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri yol qəzasında dünyasını dəyişib. Daşkəsən rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən axşam saat 21:30 radələrində Daşkəsən rayon sakini, 29 yaşlı gizir Niyazi  Zeynalov hərbi hissəyə məxsus “Niva” markalı avtomobili idarə edərkən Daşkəsən-Gəncə yolunun 8-ci kilometrliyində Qoşqar çay üstündəki körpünün üzərində idarəetməni itirərək çaya düşüb. Nəticədə rayonun Quşçu kənd sakini olan sürücü N. Zeynalov hadisə yerində ölüb, sürücünün avtomobildə olan qohumu 40 yaşlı Şəmkir rayon sakini Zülfüqar Əliyev və əmisi 47 yaşlı Mahiyyədin Zeynalov ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Daşkəsən şəhər Polis Şöbəsində araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar