Moskvada 2 vətəndaşımız qətlə yetirilib
14 May 2009 Cümə Axşamı 01:00
Naməlum şəxs mayın 13-də yerli vaxtla saat 21.00 radələrində Moskva bazarlarından birində “Kalaşnikov” tipli avtomatla Azərbaycandan gələrək bazarda alverlə məşğul olan iki nəfəri güllələyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, milisdəki mənbələr bildirib ki, güllə yaraları almış hər iki Azərbaycan vətəndaşı dünyasını dəyişib. Hadisəni törədən şəxs isə hadisə yerindən qaçaraq gizlənib.

İnsident İzmaylov şossesində yerləşən “Vernisaj” bazarında baş verib. Hazırda əməliyyat-istintaq qrupu hadisə yerində iş aparır, ölənlərin şəxsiyyəti və hadisəni törədən şəxsin əlamətləri dəqiqləşdirilir.

Hadisə yeri milislər tərəfindən əhatəyə alınıb, əməliyyatçılar şahidlərdə ifadələr alırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar