“Mercedes” “Qazel”lə toqquşdu-1ölü
17 Sentyabr 2009 Cümə Axşamı 10:20
Hadisə Cəlilabad rayonu ərazisində baş verib
Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza yolun 136 km-də, Cəlilabad rayonun Qarazəncirli kəndi ərazisində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkət edən 53 yaşlı Masallı sakini Arzuman Əliyevin idarə etdiyi “Mercedes” markalı maşın əks istiqamətdən gələn Cəlilabad sakini 26 yaşlı Rəşadət Qubəliyevin idarə etdiyi “Qazel”lə toqquşub.
Hadisə nəticəsində hər iki sürücü və A.Əliyevin həyat yoldaşı 53 yaşlı Rəna Əliyeva yaralanıb. A.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Müstəntiq Bəyəmir Cahangirovun ANSPRESS-ə verdiyi məlumata görə, qəzaya sürücülər tərəfindən hərəkətin təhlükəsizliyini təmin etməyən manevr səbəb olub. Ekspertizanın rəyindən sonra isə qəzanın daha dəqiq səbəbi bəlli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar