Maşın traktorla toqquşdu
28 Aprel 2014 Bazar Ertəsi 11:20
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş veri.
Ötən gün İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün saat 18 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini Elman Cümşüd oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı, 27 BH 332 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdə hrəkət edən Vidadi Əliyevin idarə etdiyi traktorun ot bağlayan qoşqusuna çırpılıb.

Qəza zamanı minik avtomobolinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.








DOSTLARINLA PAYLAŞ:

oyunlar