Masallı rayonunda partlayış: yaralı var
05 Mart 2014 Çərşənbə 13:00
Masallıdakı partlayış nəticəsində yardımçı təsərrüfatın tavanı dağılıb.
Ötən gün saat 19 radələrində Masallı rayonunda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Masallı rayonu Təzə Alvadı kənd sakini Şakir Nəsirova məxsus yardımçı təsərrüfatda təbii qazın sızmasından ani partlayış baş verib.

Partlayış nəticəsində yardımçı təsərrüfatın tavanı dağılıb. Hadisə nəticəsində yanıq xəsarəti alan Ş.Nəsirov xəstəxanaya yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar