Masallı rayonunda 7 yaşlı qız faciəvi şəkildə öldü
31 Mart 2014 Bazar Ertəsi 14:36
Masallı rayonunda 7 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Ötən gecə Masallı rayonunda 7 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qəriblər kəndi ərazisində 1987-ci il təvəllüdlü Nazim Zeynalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 2007-ci il təvəllüdlü Nuray Məmmədzadəni vurub.

Qız ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onu həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar