Lerikdə güclü qasırğa ciddi ziyan vurub
25 Mart 2009 Çərşənbə 10:05
Lerikdə güclü qasırğa yüzlərlə tikilinin dam örtüyünü uçurub, enerji və telekommunikasiya təsərrüfatına ciddi ziyan vurub.
Hazırda rayon mərkəzi də daxil olmaqla Lerik tamamilə işıqsız qalıb. Bir sıra yaşayış məntəqəsi ilə telefon rabitəsində də problemlər yaranıb. Qasırğa, həmçinin, yüzlərlə ictimai və fərdi yaşayış binasının dam örtüyünü uçurub.

H. Məlikovun sözlərinə görə, qəza briqadaları təbii fəlakətin nəticələrini qaldırmağa çalışsalar da, hələlik bu, mümkün olmayıb: “Bununla belə, bütün qüvvələr səfərbər olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar