Lənkəranın girəcəyindəki körpüdən «trayler» aşıb
25 İyul 2009 Şənbə 00:10
Şahidlərin sözlərinə görə, hadisə yerində FHN-nin qaldırıcı kranları qəzanın fəsadlarını aradan qaldırmağa çalışır

 

Bu gün saat 23.15 radələrində Bakı-Astara yolunda - Lənkəranın girəcəyindəki körpüdə iri yük daşıyan avtomaşın aşıb. Bu barədə «ANS PRESS»ə hadisənin şahidləri məlumat verib. Şahidlər bildiriblər ki, hazırda hadisə yerində FHN-nin iki qaldırıcı kranı var və onlar baş vermiş fəsadları aradan qaldırmağa çalışır.

Şahidlər hadisə zamanı sürücünün xəsarət alıb-almadığı barədə məlumatsız olduqlarını bildiriblər.

İş saatı bitdiyindən faktla əlaqədar Fövqəladə Hallar Nazirliyindən əlavə məlumat almaq mümkün olmayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar