Konqoda təyyarə qəzası baş verib
30 Aprel 2009 Cümə Axşamı 23:20
Hələlik qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasidən 210 km aralı "Boeing-737" təyyarəsi qəzaya uğrayıb. "AR" agentliyinin qəza baş verdiyi Bandundu vilayətinin qubernatoruna istinadən verdiyi məlumat görə, təyyarə Konqoya qonşu Brazzavilyadan Nayrobiyə uçurmuş. Hələlik qəza nəticəsində ölən və yaralananlar barəsində məlumat yoxdur. Təyyarənin yük və ya sərnişin daşıması barədə də məlumat yoxdur. Hökumət rəsmilərinin məlumatına görə, hadisə yerindən iki nəfər-əlcəzairli pilotun, eləcə də brazzavilyalı sərnişinə məxsus sənəd tapılıb, lakin onların sağ olub-olmadığı bilinmir.
Xatırladaq ki, 1996-cı ildən bu vaxta kimi Konqoda insan ölümü ilə nəticələnən 20-dən artıq təyyarə qəzası baş verib. Ən böyük qəza isə ötən ilin sentyabr ayında qeydə alınıb. BMT-nin humanitar yardım təyyarəsinin qəzaya düşməsi nəticəsində 17 nəfər, o cümlədən 3 xarici vətəndaş ölmüşdü. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar