İraq səfirliyinin arxasındakı bina yanır
20 İyul 2009 Bazar Ertəsi 17:50
Yollarda tıxac olduğundan, yanğınsöndürənlər hadisə yerinə bir qədər gecikib

 

Bu gün Bakının Səbael rayonu ərazisində yanğın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, İraq səfirliyinin arxasındakı, Xaqani küçəsindəki bina yanır. Hadisə yerinə yanğınsöndürən briqadalar gəlib. Səbael Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yollarda tıxac olduğundan, yanğınsöndürənlər hadisə yerinə bir qədər gecikib.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar