İki aylıq körpənin anasına hökm oxundu
19 Mart 2009 Cümə Axşamı 15:30
Aynur Həsənəliyeva quldurluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib

 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluq etməkdə təqsirləndirilən anaya hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrlik etdiyi məhkəmənin hökmü ilə Aynur Həsənəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq etmə) maddəsi ilə ittiham olunub. A. Həsənəliyeva ötən ilin yayında Bakının Nizami rayonu ərazisində yerləşən marketlərdən birində satıcı işləyən Mənzər Həmzəyevaya alqı-satqı hesabı verib. Satıcının başının həmin hesaba qarışmasından istifadə edən A. Həsənəliyeva daş parçası ilə onu vuraraq kassadan 450 manatlıq danışıq kartı, 210 manat pul aparıb.
A. Həsənəliyeva ötən ilin sonunda Penitensiar Xidmətin istintaq təcridxanasında uşaq dünyaya gətirib.

Anar Məmmədov /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar