Hicablı qadın döyüldü
19 Noyabr 2009 Cümə Axşamı 16:35
Hadisə Almaniyada baş verib
Almaniyada hicablı qadına hücum edilib. Tibb Universitetinin 24 yaşlı tələbəsi kitabxanadan çıxaraq maşınına doğru gedərkən hücuma məruz qalıb. Naməlum şəxslər başıbağlı qadını əvvəlcə nalayiq sözlərlə təhqir ediblər, sonra isə onu yerə yıxaraq təpikləyiblər.
Qeyd edək ki, qadına hücum edənlərin Qöttinburq şəhərində fəaliyyət göstərən "Otonomlar" adı qrupun üzvləri olub. Şəhərin polis rəisi Tomas Ras hadisənin araşdırılacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar