Hərbiçilər NATO təlimlərində iştirak edəcək
02 Mart 2009 Bazar Ertəsi 14:10
Tədbirlər Niderland, Finlandiya, Almaniya kimi ölkələrdə keçiriləcək

NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində martın 2-dən 13-dək Niderlandın Brunsum şəhərində Birləşmiş Qüvvələrin Qərargah təlimi kursları, martın 2-dən 20-dək Finlandiyanın Tusula şəhərində NATO/Tərəfdaş ölkələrin əməliyyat qərargahı zabitləri kursları keçiriləcək. Martın 3-dən 20-dək Almaniyanın Qarmiş şəhərində “Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma” mövzusunda kurs, martın 9-dan 13-dək Türkiyənin İzmir şəhərində “Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları” mövzusunda kurs, martın 10-dan 12-dək isə “Cooperative Arcer 2009” təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək Ankarada silahlı münaqişələr zamanı hüquq məsələləri kursu keçiriləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar