Hərbi hissədə yanğın olub
09 Sentyabr 2009 Çərşənbə 11:40
Ağcabədi rayonundakı «N» saylı hərbi hissədə yanğın olub.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yanğın bu gün səhər saat 07.00 radələrində hərbi hissənin əsas inzibati binalarından birində baş verib. Yanğının qarşısını hərbçilərin səyi nəticəsində almaq mümkün olub. Bununla belə, binaya ciddi zərər dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar