Hacıqabul və Tərtərdə silah tapılıb
19 İyun 2009 Cümə 14:40
Tapılmış silahlarla bağlı araşdırmalar aparılır

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisindən silah tapıblar. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, polis əməkdaşları ərazidən 1 ədəd nömrəsi silinmiş "AKM" avtomat silahı, 90 ədəd güllə və 3 ədəd güllə darağı aşkar ediblər.

Baş Mühafizə İdarəsinin əməkdaşları isə Tərtər rayonu ərazisindən 1 ədəd "AKM" avtomat silahı, 30 ədəd güllə və 1 ədəd güllə darağı aşkar ediblər. Hər iki faktla əlaqədar araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar