Hacıqabul - Qazax qaz kəmərində qaza baş verib
28 İyul 2009 Çərşənbə Axşamı 13:20
Kəmərdə yaranmış çat qazın ətrafa püskürməsi ilə nəticələnib

 

Şəmkir rayonu ərazisində Hacıqabul-Qazax qaz kəmərində çat əmələ gəlib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə iyulun 27-də saat 21.00 radələrində rayonun Qapanlı kəndi ərazisində baş verib. Kəmərində yaranmış çat qaz püskürməsi ilə nəticələnib. Hadisə yerində bərpa işləri aparılır.

Şəmkir rayon Qaz İstismarı İdarəsindən ANS PRESS-ə bildirilib ki, hazırda hadisə yerində qrup təmir işləri aparır. Hadisənin səbəbləri barədə məlumat yoxdur. Rayona qaz verilməsində məhdudiyyət yaranmayıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar