Gürcüstan vətəndaşı “Sədərək” ticarət mərkəzində bıçaqlanıb
13 Noyabr 2009 Cümə 09:45
Polis əməkdaşları isə bıçaqlanma ehtimalını mümkünsüz sayır
“Sədərək” ticarət mərkəzində Gürcüstan vətəndaşı bıçaqlanıb. Qarnının kəsilmiş yarası 1 saylı Şəhər Xəstəxanasına gətirilən şəxs 26 yaşlı Nika Dcuqel əməliyyat olunub. N.Dcuqelini xəstəxanaya çatdıran təcili yardım stansiyasının həkimləri onun “Sədərək” ticarət mərkəzində baş vermiş münaqişə zəminində bıçaqlandığını təsdiqləyiblər.

Hüquq-mühafizə orqanının əməkdaşları isə onun bıçaqla yaralanması ehtimalının mümkünsüz olduğunu bildirib. Onlar yaraların dərinə nüfuz etməməsi faktını əsas gətirməklə hadisənin ehtiyatsızlıq səbəbindən kəsici alətlə törədilməsi versiyasının üzərində dayanırlar.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində aparılan araşdırmalar davam edir. Hadisənin qəsdən və ya təsadüfən törədilmiş olması isə araşdırmaların sonunda məlum olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar