Göyçayda su kanalından kişi meyiti tapılıb
15 May 2009 Cümə 15:35
Meyit İsmayıllı rayon sakini Zəfər Fətəliyevə məxsus olub

Göyçay rayonun Alıkənd kəndi ərazisindəki su kanalından kişi meyiti tapılıb. Araşdırmalar zamanı bəlli olub ki, meyit İsmayıllı rayon sakini Zəfər Fətəliyevə məxsusdur. Daxili İşlər Nazirliyinin məlumatına görə, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. /ANS PRESS/  



DOSTLARINLA PAYLAŞ:

oyunlar