Göyçayda sakini özünü asıb
12 İyul 2009 Bazar 16:30
Göyçay sakini özünü asaraq öldürüb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ləkçırlaq kənd sakini, 1963-cü il təvəllüdlü Şıxəliyev Şahsevər Tacəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
Hadisə bu gün saat 9:30 radələrində baş verib.

Üç uşaq atası olan Ş. Şıxəliyevin neçə vaxtdır ki, başında şiddətli ağrıların olması və müalicənin nəticə verməməsi intihara səbəb kimi göstərilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar