Göyçayda ağır qəza olub
05 İyul 2009 Bazar 19:10
Göyçayda ağır qəza: bir ölü, yeddi yaralı. Yaralılardan birinin vəziyyəti ağırdır

Göyçay rayonunun Bərgüşad yolunun 12-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Göyçay sakini Samir Rəhimovun idarə etdiyi «Vaz 21-06» markalı avtomobil Göyçaydan Bərgüşad istiqamətinə hərəkət edərkən qarşıdan gələn, rayon sakini Eldəniz Salmanovun idarə etdiyi «Vaz 21-07» markalı avtomobillə toqquşub.
Nəticədə «Vaz 21-07»də olan 1938-ci il təvəllüdlü Göyçay rayon, Ucarküçə kənd sakini Marifə Zülfüqarova hadisə yerində keçinib. Hər iki avtomobildə olan 7 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Onlardan2002-ci il təvəllüdlü İsa Bilalovun vəziyyəti ağır qiymətləndirilir. Qalanlarının isə vəziyyəti stabildir.
Göyçay rayon mərkəzi xəstəxanasının travmotoloqu Elman İbadovun verdiyi məlumata görə, daxil olanlardan ikisi azyaşlı uşaqdır: «Xəstələr əsasən ətrafların sınıqları, yumşaq toxumaların çoxsaylı əzikləri, sıyrılmış, əzilmiş, cırılmış yaralı diaqnozu ilə daxil olub. Hazırda hamısına yardım göstərilib. Yaralar ilkin cərrahi işləmələr olunub yaraların. İlkin sınıqların gips sarğıları, şinalar qoyulub. Hələlik müayinələr davam olunur, xəstələrin vəziyyəti stabildir». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar