Göyçay şəhərində evdə qumbara partladı, yaralı var
28 Aprel 2014 Bazar Ertəsi 13:51
Göyçay şəhərində evdə qumbara partladı. Hadisə nəticəsində Ramil Qasımovun barmaqları amputasiya edilib.
Göyçay şəhərində evdə qumbara partlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramil Qasımovun ehtiyatsızlığı nəticəsində əlində qumbara alışdırıcısı partlayıb. Nəticədə R.Qasımovun sol əlinin 2 barmağı amputasiya edilib.

Göyçay rayon polis şöbəsi əməkdaşları tərəfindən onun evinə baxış zamanı 1 ədəd qumbara da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar