Gəncədəki Karamel Fabrikində yanğın olub
02 May 2014 Cümə 10:49
Bu gün səhər saatlarında Gəncədəki Karamel Fabrikində yanğın olub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin Gəncə rayon Dövlət Yanğından Mühafizə Xİdmətindən ANS PRESS-in məlumatına görə, hadisə fabrikin ikinci mərtəbəsində qeydə alınıb.

İkinci çağırışla hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvəl cəlb olunub. Yanğınsöndürənləri səyi nəticəsində yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar