Gəncə şəhərində ağır yol qəzası baş verib
25 Aprel 2014 Cümə 21:46
Hadisə Gəncə şəhəri Heydər Əliyev prospekti, 32 ünvanında baş verib.
Gəncədə ağır yol nəqliyyat qəzası baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti, 32 ünvanında baş verib.

Gəncə şəhər sakini, 23 yaşlı Adil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə “Toyota Prado” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Mersedes” deformasiyaya uğrayıb. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə avtomobildə xəsarət alan iki nəfər çıxarılıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar