Ermənistan Xocavənd istiqamətində atəşkəsi pozub
30 İyun 2009 Çərşənbə Axşamı 09:10
Düşmən cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-da atəşkəs rejimini pozub. Erməni ordusu saat 15.15-dən 15.20-dək və 18.50-dən 19.02-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar