Ermənilər Azərbaycan torpaqlarında yanğınlar törətdi
19 Avqust 2014 Çərşənbə Axşamı 08:24
Ağdamın Çəmənli kəndindən yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur.
Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təmas xətində yerləşən Ağdamın Çəmənli kənd sakinləri ermənilərin Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurduğlarını müşahidə edib.

Çəmənli kəndindən yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar