Ermənilər Azərbaycan Ordusunun gizirini vurublar
18 Avqust 2009 Çərşənbə Axşamı 12:40
Ermənilər Azərbaycan Ordusunun gizirini vurublar. Yaralı hərbçimiz əməliyyat olunur.

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 24 yaşlı gizir Qurbanov Elçin Camal oğlu Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində ağır yaralanıb. Güllə onun dalaq nahiyəsindən dəyib. Hazırda gizir cərrahiyyə əməliyyatı olunur. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirilirlər.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E. Qurbanov Ağstafa rayonunun Soyuqbulaq kəndində anadan olub. Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti APA-ya faktı təsdiqləyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar