Ələt - Astara yolunda ağır qəza baş verib
27 İyul 2009 Bazar Ertəsi 12:10
Ələt - Astara yolunda ağır qəza baş verib. Hacıqabula sərnişinləri istirahətə aparan "Ford" "VAZ 2106" ilə toqquşub

 

Ələt-Astara yolunda ağır yol qəzası baş verib. Yolun 103-cü km-də Biləsuvar rayonunun Əliyabad kəndi ərazisində Astara rayonu istiqamətində hərəkət edən, 48 yaşlı İlham Murad oğlu Mikayılovun idarə etdiyi "Ford" markalı mikroavtobus əks istiqamətdə hərəkət edən maşınla toqquşub.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, "VAZ 2106" markalı maşını isə Masallı sakini 23 yaşlı Rahil Məmmədyar oğlu Eynullayev idarə edib. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar bunlardır:

1950-ci il il təvəllüdlü Nabat Nəsirova (mikroavtobusun sərnişini)

Jiqulidə olanlar:

 1985-ci il il təvəllüdlü Şahmar Xanlar oğlu Əhmədov

 1986-cı il il təvəllüdlü Rahil Eynullayev

 1965-ci il təvəllüdlü İldırım Bayram oğlu Abbasov

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin cəhdlərinə baxmayaraq 24 yaşlı Şahmar Əhmədovu xilas etmək mümkün olmayıb. Həkimlər digər yaralıların da vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, mikroavtobusda 13 nəfər olub. Onlar Hacıqabula istirahətə gedirmişlər. Mikroavtobusun sürücüsü bildirib ki, qəzaya səbəb "Jiquli" markalı maşının qəfildən onun qarşısına çıxmasıdır.

Qəzanın səbəblərinin dəqiqləşdirilməsi üçün avtotexniki ekspertiza təyin edilib.  Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar