Əfqanıstan vətəndaşının avtomobilini qaçıranlar tutulub
16 İyun 2009 Çərşənbə Axşamı 15:15
Saxlanılanlar Qənbər Əlizadəyə məxsus “VAZ-2107”ni qaçırmaqda şübhəli bilinirlər

Bakı şəhərində Əfqanıstan vətəndaşının avtomobilini qaçıran şəxslər tutulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi rayonu ərazisində Əfqanıstan vətəndaşı Qənbər Əlizadəyə məxsus “VAZ-2107” markallı avtomobil qaçırılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı sakinləri Ruslan Namazov, Niyazi Acalov və Asəf Abdullayev tutulublar. Faktla bağlı istintaq hərəkətləri aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar