Dost qatilinə hökm oxundu
21 Oktyabr 2009 Çərşənbə 16:30
Salman Sadıxov 9 il müddətinə azadlıqdan məhrum edildi
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dostunu qətlə yetirməkdə təqsirləndirilən Sumqayıt şəhər sakininə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Salman Sadıxov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hadisə bu il iyunun 29-da Sumqayıt şəhərində baş verib. S.Sadıxov dostu Gena Şirinovla spirtli içki qəbul edəndən sonra aralarında yaranmış mübahisə nəticəsində onu bıçaqla qətlə yetirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar