Daşkəsəndə qumbara partlayıb
27 İyul 2009 Bazar Ertəsi 14:25
Daşkəsəndə qumbara partlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb

 

Daşkəsən rayonunun Bayan kəndi ərazisində qumbara alışdırıcısı partlayıb. Hadisə ötən gün qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış kənd ərazisindəki fermada məskunlaşmış Kəlbəcər rayon sakini Ruhanə Tağıyeva evdə təmizlik işləri apararkən baş verib. Hadisə nəticəsində R.Tağıyeva və Kəlbəcər rayon sakini Xalidə Orucovaya xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə yerinə baxış zamanı 4 ədəd qumbara və 1 ədəd alışdırıcı aşkar edilərək götürülüb. Araşdırmalar aparılır./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar