Daşkəsəndə bədbəxt hadisə baş verib
29 Aprel 2009 Çərşənbə 13:35
Yelləncəkdə yellənən altı yaşlı uşaq boğularaq ölüb

Daşkəsən rayonunda 6 yaşlı uşaq yelləncəkdə yellənərkən boğularaq ölüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 28-də saat 16.30 radələrində Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbə sakini, 6 yaşlı Elgün Əsgərov həyətindəki yelləncəkdə yellənərkən onun ipi boğazına dolaşıb. Nəticədə boğulan uşaq ölüb. Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar