Cəlilabadda ot tayası yanıb
18 İyun 2009 Cümə Axşamı 14:50
Elektrik xətlərində baş verən nasazlıq nəticəsində ev sahibinin 8 arı pətəyi, 400 ot bağlaması, 24 qoyun yanıb

Cəlilabad rayonu yeni yaşayış massivində yanğın hadisəsi baş verib. Yanan isə rayon sakini Mürsəl Qurbanovun həyətindəki ot tayası və mal tövləsi olub. Hadisə yerinə dərhal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını cəlb olunub və alovun həyətdə yerləşən mənzilə və qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ev sahibinə məxsus 400 ədəd yonca ot bağlaması, 8 arı pətəyi tamamilə məhv olub, 70 baş qoyundan 24-ü isə yanıq xəsarəti alıb.

Ev sahibinin sözlərinə görə, yanğına küləkli hava şəraitində elektrik xətlərinin bir-birin üstünə düşməsi və yaranmış qığılcımın bir göz qırpımında ətraf ərazilərə yayılması səbəb olub.

Yanğının elektrik xətlərindəki nasazlıqdan baş verdiyini Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətinin təhqiqatçıları da təsdiqləyib.

Faktla bağlı təhqiqat araşdırmaları davam edir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar