Cəlilabad rayonunda qəza
14 Mart 2009 Şənbə 10:30
Azərbaycanın Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində Ələt-Astara magistralının 130-cu kilometrliyində - Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində baş verib. Cəlilabad rayon sakini, 1958-ci il təvəllüdlü İlyas Həsən oğlu Hüseynovun idarə etdiyi “KamAZ” markalı, 15 BC 930 dövlət nömrə nişanlı yük maşını Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Mirzə Şahverən oğlu İbadovun idarə etdiyi “Mercedes” markalı, 42 BK 039 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və daha 4 sərnişini müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənlərdən ikisini, Lənkəran şəhər sakinləri, 72 yaşlı Dilrubə Cəbrayıl qızı Camalovanın və onun baldızı, 60 yaşlı Həqiqət Əkbər qızı Talışinskayanın həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad MRX-dan APA-nın yerli bürosuna xəsarət alan Lənkəran şəhər sakini, 68 yaşlı Ağasəlim Abdulla oğlu Nəsirovun da vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən Dilrubə Camalova uzun illər Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi və Şəhər İcra Hakimiyyətinin başçısı, son dövrlərə kimi isə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. Prezident təqaüdçüsü idi.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar