Boston metrosunda iki qatar toqquşub
09 May 2009 Şənbə 09:40
Qatarlardan 100-dən çox adam evakuasiya edilib

 

Bu gecə Bostonda metro tunelində iki qatar toqquşub. Qəza nəticəsində 46 nəfər xəsarət alıb.  Qatarlardan 100-dən çox adam evakuasiya edilib. Hər iki qatarda iki vaqon olub. 

Məlumata görə, qatarlardan biri svetoforun qırmızı işığında dayanıb, onun arxası ilə hərəkət edən digər qatar isə ona çırpılıb. Ən çox isə hərəkət edən qatarın sürücüləri xəsarət alıblar. Bununla belə, qəzanın səbəbləri və hərəkət edən qatarın sürəti dəqiq bilinmir.

Qeyd edək ki, Boston metrosunun hadisə baş verən hissəsi  XIX əsrdə tikilib və Amerikanın ən qədim metrosu sayılır. Təxminən bir il bundan əvvəl metronun bu hissəsində oxşar hadisə baş vermişdi, nəticədə qatarın sürücüsü həlak olmuşdu. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar