“BMW” mağazaya çırpılıb
03 İyul 2009 Cümə 11:45
BMW Avtomobil yararsız hala düşüb

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Hövsan qəsəbəsi ərazisində 90 DX 430 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı mağazaya çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alsa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar