Bir gündə 32 nəfər həbs olunub
27 Oktyabr 2009 Çərşənbə Axşamı 17:45
Ötən gün 32 nəfər həbs olunub. Ötən günün kriminal xronikası.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirlyinin məlumatına görə, onların da 29-u “isti izlər”lə açılıb. Ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölkə ərazisində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar