“Binə” Ticarət Mərkəzində yanğın baş verib
03 İyul 2009 Cümə 12:15
Elektrik naqillərində yaranmış qısaqapanma partlayışla müşahidə olunub

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verib. Ticarət Mərkəzinin işçilərinin ANS PRESS-ə verdiyi məlumata görə, saat 11.00 radələrində ticarət mərkəzinin 3 və 4-cü sıralarında elektrik naqillərində qısaqapanma yaranıb və bu, partlayışla müşahidə olunub. Sonradan naqillər yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətraf obyektlərə yayılmasının qarşısını alıblar.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən isə ANS PRESS-ə bildirilib ki, xidmətə bu barədə məlumat daxil olmayıb. Hadisə xırda qısaqapanma olduğundan həmin ticarət obyektində daimi növbə çəkən yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qüyd edək ik, iyulun 2-də “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar