Bərdədə məskunlaşan Xocalı sakini odlu silahla güllələnib
15 İyun 2009 Bazar Ertəsi 15:50
Hadisə qısqanclıq zəminində baş verib

Bərdə rayonunda Xocalı rayon sakini odlu silahla güllələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonunun Türkmən kəndi ərazisində, orada məskunlaşmış Laçın rayon sakini Məhəmməd Şirinov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Xocalı rayon sakini Əliş Cavadova boyun nahiyəsindən xəsarət yetirib.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Şirinov tutulub. Ondan 1 ədəd ov tüfəngi götürülüb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar