Baş leytenant ərinin gözü qarşısında arvadını zorlayıb
17 Noyabr 2009 Çərşənbə Axşamı 04:25
Oğurluqda şübhəli bilinən qadını zorlayan Konstantin K. barəsində axtarış elan edilib
Moskvada Fili-Davıdkovo milis şöbəsinin baş leytenantı oğurluqda şübhəli bilinən qadını ərinin gözləri qarşısında zorlayıb. Hər şey ondan başlanıb ki, ər və arvadı Rusiya paytaxtındakı supermarketlərdən birində oğurluq şübhəsi ilə saxlayıblar. Milis əməkdaşlı cütlüyü Fili-Davıdkovo rayonunun Daxili İşlər İdarəsinə gətirib. Baş leytenant, əri şöbənin saxlama kamerasına salıb, qadını isə öz kabinetinə aparıb. O bildirib ki, qadını işin mahiyyəti üzrə dindirmək istəyir.
Oğurluqda şübhəli bilinən qadınla kabinetdə tək qalan əməliyyatçı ona stressi götürmək üçün spirtli içki təklif edib. O bundan imtina etməyə çalışsa da, milis zabiti israr edib və istəyinə nail olub. Qadının kefləndiyini görən milis baş leytenantı onu zorlayıb. Bu hal səhərədək davam edib. Səhərə yaxın qadının ərini azad ediblər və o milis şöbəsində arvadını axtarmağa başlayıb. Bu vaxt əməliyyatçının otağından səslər eşidib və qapını açanda həyat yoldaşının milis işçisi tərəfindən zorlandığını görüb. O milis əməkdaşının üstünə cumub və onu yumruqlamağa başlayıb. Baş leytenantı hirslənmiş kişinin əlindən həmkarları alıblar.
Moskva sakini arvadı ilə birlikdə dərhal prokurorluğa gedib. Ərizə yazıldıqdan sonra müstəntiqlər Fili-Davıdkovo milis şöbəsinə getsələr də, əməliyyatçını yerində tapa bilməyiblər. 27 yaşlı Konstantin K. barəsində axtarış elan edilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar